Haqqımızda

19 Saylı Mediasiya Təşkilatı 2022-ci ildə təcrübəli vəkillər, hüquşünaslar və mediatorlar tərəfindən yaradılmışdır. Təşkilat, müstəqil Azərbaycan Respublikasında təşəkkül tapan ilk özəl hüquq firması olan BM Morrison Partners hüquq firmasının himayəsi altında yaradılmışdır.

19 Saylı Mediasiya Təşkilatı mediasiya yolu ilə mübahisələrin və münaqişələrin effektiv həllini təşviq etmək məqsədi daşıyır.

19 Saylı Mediasiya Təşkilatının Qeydiyyat nömrəsi: 1122-Q80-4082

19 Saylı Mediasiya Təşkilatının məqsədi dəyişməz olaraq qalır - mübahisələrin və münaqişələrin effektiv və tərəflər üçün qarşılıqlı şəkilfə qəbul olunacaq həlli. Bu cür effektiv həll etmə mediatorlarımızın zehninin mühüm elementidir və onlar bütün güclərini mediasiyanı bu istiqamətə yönəltmək üçün sərf edirlər. Mediatorlarımız mübahisələri və münaqişələri, bununla əlaqəli bütün riskləri, çətinlikləri və həll yollarını hərtərəfli qiymətləndirirlər.  Peşəkar təlim keçmiş mediatorlarımız tərəfindən təklif olunan mübahisələrin həlli üsulları yerli səlahiyyətli məhkəmələrin sizə təklif edə biləcəyindən daha yaradıcıdır. Bizim təcrübəli və peşəkar mediatorlar komandamız ən mürəkkəb mübahisələri və münaqişələri həll etmək üçün zəruri peşəkar intuisiyaya, bacarıqlara və biliklərə malikdir.

19 Saylı Mediasiya Təşkilatının komandası yaranan mübahisələrin və münaqişələrin mümkün olan ən yaxşı həllini tapmağa qadirdir.