+994 12 497 19 14 +994 12 497 19 15
Villa 9, English Yard

Mediasiya nədir

Mediasiya tərəflərə mübahisələrin nəticələrinə nəzarət etməyə imkan verən və bu cür mübahisələrin məxfi həlli prosesidir. Mediasiya mübahisə edən tərəflərə, onları maraqlandıran məsələlər barədə ünsiyyət qurmağa və könüllü razılığa gəlməyə və nəhayət mübahisəni həll etməyə kömək edən qərəzsiz üçüncü tərəf vasitəsilə idarə olunan bir prosesdir.

Qanunvericiliyə uyğun olaraq mediatorlar neytral mövqedən çıxış edərək mübahisə edən tərəflərə peşəkar vasitəçilik edir və məsləhətlər verirlər.

Mediasiya mübahisənin tərəflərinə mürəkkəb məhkəmə çəkişmələrindən uzaq olmaq imkanı yaradır, və barışıq sazişini əldə etmək üçün danışıqlara başlamaq azadlığı verir. Peşəkar təlim keçmiş mediator öz vəzifəsi çərçivəsində konsensus təklif etməklə, problemin birgə həlli yolunu müəyyən edərək, mübahisənin həllini asanlaşdırır.

Bu isə öz növbəsində tərəflərə, mübahisənin həlli yolunu məhkəmə hakimlərinin qərarına buraxmadan öz barışıq sazişinin şərtlərini müəyyən etməyə kömək edir.

Buna görə də, mediasiya prosesi məsələlərin məxfi saxlanılması ilə yanaşı, daha qısa müddətdə və daha az xərclərlə mübahisələrin effektiv həlli ilə nəticələnə bilər.

Xəbərlər